Boksçularımız Qazaxıstanda beynəlxalq turnirdə yarışacaqlar

Azərbaycan boksçuları Qazaxıstanın Aktau şəhərində keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
"Mediasport" xəbər verir ki, Şokır Beltekulının xatirəsinə həsr olunan A kateqoriyalı ənənəvi yarış 5 gün davam edəcək.
Millimizin heyətində rinqə Zəlimxan Süleymanov (55 kq), Məhəmməd Aşırəliyev, Elbrus Adıgözəlov (hər ikisi 60 kq), Malik Həsənov, Ruslan Rüstəmov (hər ikisi 65 kq) və Nicat Əlirzayev (70 kq) çıxacaqlar.
Komandamızın üzvləri məşqçi Yadigar Məmmədovun rəhbərliyi altında yarışacaq.