Bölgə klubunda gənc qapıçı
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
"Mediasport" xəbər verir ki, aranlılar Ayxan Abbaszadəni transfer ediblər.
U-20 Azərbaycan milli komandasının üzvü olan qapıçı ilə 2+1 illik müqavilə imzalanıb.
Ayxan peşəkar karyerasına “Turan Tovuz”da başlayıb və 8 il bu klubun formasını geyinib.


