46 yaşlı İlham Zəkiyev 10-cu Avropa çempionluğu üçün gedir

46 yaşlı İlham Zəkiyev 10-cu Avropa çempionluğu üçün gedir

Paracüdo üzrə Azərbaycan millisi Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.

Bu barədə "Mediasport"a Milli Paralimpiya Komitəsindən məlumar verilib.

Kişi idmançılardan İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaqlar.

Yarış avqustun 14-16-sı aralığında təşkil olunacaq.

Paracüdoçulara yarışda baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.