Braziliya və Türkiyə milliləri növbəti oyunlarına çıxırlar - Dünya Kuboku
Futbol üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün axşam daha 2 qarşılaşma keçiriləcək.
D qrupunda yer alan ev sahiblərindən ABŞ milli komandası Avstraliya ilə qarşılaşacaq.
Digər oyunlar gecə yarısı və səhər saatlarında baş tutacaq.
Şotlandiya Mərakeşlə, Braziliya Haiti ilə, Türkiyə Paraqvay yığması ilə üz-üzə gələcək.
DÇ-2026. 2-ci tur
19 iyun
D qrupu
23:00 ABŞ - Avstraliya
20 iyun
C qrupu
02:00 Şotlandiya - Mərakeş
04:30 Braziliya - Haiti
D qrupu
07:00 Türkiyə Paraqvay


