Avropa Kuboku: Azərbaycan mübarizəyə iki medalla başladı

 Avropa Kuboku: Azərbaycan mübarizəyə iki medalla başladı

Xorvatiyanın Dubrovnik şəhərində böyüklər arasında cüdo üzrə Avropa Kuboku start götürüb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milliləri ilk yarış günündə iki medal qazanıblar.

Kişilər arasında 73 kq çəki dərəcəsində Kamran Süleymanov, qadınların mübarizəsində isə 78 kq çəkidə Nərmin Əmirli bürünc mükafat əldə ediblər.

Turnirdə 39 ölkədən 413 idmançı mübarizə aparır, millimiz yarışa 22 cüodçu ilə yollanıb.