Yaponiyalı mütəxəssislər cüdo təlimi üçün Bakıya gələcəklər

  Yaponiyalı mütəxəssislər cüdo təlimi üçün Bakıya gələcəklər

9-13 sentyabrda Bakıda Kodokan mütəxəssislərinin iştirakı ilə ne-vaza üzrə seminar keçiriləcək.

"Mediasport" xəbər verir ki, təlimləri təcrübəli yapon mütəxəssislər - 8-ci dan sahibləri Hirano Hiroyuki və Mikihiro Mukai aparacaqlar.

İştirak üçün müraciət edən ilk 40 məşqçi seminara qəbul olunacaq.

Seminarı uğurla başa vuran məşqçilərə beynəlxalq sertifikatlar təqdim olunacaq.