Milli komandamızın sabiq baş məşqçisi İran yığmasını çalışdıracaq

Milli komandamızın sabiq baş məşqçisi İran yığmasını çalışdıracaq

Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandasının sabiq baş məşqçisi Rəşad Məmmədov İran yığmasında işləyəcək.

"Mediasport" İran Cüdo Federasiyasına istinadən xəbər verir ki, mütəxəssislə rəsmi müqavilə bağlanıb.

O, İranın əsas komandasında baş məşqçi işləməklə yanaşı, yeniyetmə və gənclərdən ibarət millilərin idman direktoru vəzifəsində çalışacaq.

İmzalama mərasimində İran Cüdo Federasiyasının prezidenti Araş Mirismaili iştirak edib.

Qeyd edək ki, Rəşad Məmmədov Azərbaycan millisindən ötən ilin sonunda ayrılıb.