DÇ-2026: Norveç millisi Moldova yığmasını 11:1 hesabı ilə üstələdi

DÇ-2026: Norveç millisi Moldova yığmasını 11:1 hesabı ilə üstələdi

2026-cı ildə baş tutacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, sonuncu oyun günündə 9 matç baş tutub.

Azərbaycan milli komandası doğma azarkeşlər önündə Ukrayna ilə heç-heçə edib.

Portuqaliya səfərdə Macarıstanı, İngiltərə isə Serbiyanı məğlub edib.

Turun ən maraqlı nəticəsi I qrupunda qeydə alınıb.

Norveç öz meydanında Moldovanı darmadağın edib (11:1).

"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avramın qapısına vurulan qollardan 5-nin müəllifi Erlinq Haland olub.

DÇ-2026. Seçmə qrup mərhələsi. Avropa zonası

D qrupu

Azərbaycan - Ukrayna 1:1

Fransa - İslandiya 2:1

Xal durumu: Fransa - 6, İslandiya - 3, Ukrayna - 1, Azərbaycan - 1

F qrupu

Ermənistan - İrlandiya 2:1

Macarıstan - Portuqaliya 2:3

Xal durumu: Portuqaliya - 6, Ermənistan - 3, Macarıstan - 1, İrlandiya - 1

H qrupu

Bosniya və Herseqovina - Avstriya 1:2

Kipr - Rumıniya 2:2

Xal durumu: Bosniya və Herseqovina - 12, Avstriya - 12, Rumıniya - 7, Kipr - 4, San Marino - 0

I qrupu

Norveç - Moldova 11:1

Xal durumu: Norveç - 15, İtaliya - 9, İsrail - 9, Estoniya - 3, Moldova - 0

K qrupu

Albaniya - Latviya 1:0

Serbiya - İngiltərə 0:5

Xal durumu: İngiltərə - 15, Albaniya - 8, Serbiya - 7, Latviya - 4, Andorra - 0