Azərbaycan idmançıları Plovdivdə Avropa çempionatında yarışacaqlar

Mayın 29-da Bolqarıstanın Plovdiv şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı start götürəcək.
"Mediasport" xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan millisi 4 idmançı ilə təmsil olunacaq.
Komandamızın heyətində Bəhmən Nəsiri, Ziya Məmmədzadə, Nurlan Paşayev və Murad Sadıxov yarışacaqlar.