Dopinq qəbul edən Azərbaycan güləşçisinə 4 illik cəza verildi

Dopinq qəbul edən Azərbaycan güləşçisinə 4 illik cəza verildi

Azərbaycan güləşçisi Sabir Cəfərov 48 aylıq diskvalifikasiya olunub.

Bu barədə "Mediasport"a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

Bildirilib ki, idmançı iki maddəyə əsasən cəza ilə üzləşib.

Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb.

Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.