Dünya çempionatı: Hidayət Heydərov ilk görüşdə məğlub oldu

Dünya çempionatı: Hidayət Heydərov ilk görüşdə məğlub oldu

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın Olimpiya çempionu Hidayət Heydərov mundialda uğursuz çıxış edib.

73 kq çəki dərəcəsində yarışa start verən dünya və Avropa çempionumuz Otari Kvantidzeyə (Portuqaliya) uduzub.

Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.

Daha əvvəl yarışan 5 cüdoçumuzdan (Əhməd Yusifovla (60 kq), Ruslan Paşayev (66 kq), Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) heç biri medal qazana bilməyib.