Dünya Kubokunda 2-ci tur başlanır: Səhərə qədər 4 oyun keçiriləcək
Futbol üzrə 23-cü dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçirilən mundialda bu axşam ikinci tur start götürəcək.
Axşamdan səhərə qədər azarkeşlər növbəti 4 qarşılaşmanı izləyə biləcəklər.
DÇ-2026. 2-ci tur
A qrupu
20:00. Çexiya - Cənubi Afrika Respublikası
Baş hakim: Tori Penso (ABŞ)
Atlanta stadionu
05:00. Meksika - Cənubi Koreya
Baş hakim: Qustavo Teyşera (Uruqvay)
Qvadalxara stadionu
1.Meksika 1 1 0 0 2-0 3
2.Cənubi Koreya 1 1 0 0 2-1 3
3.Çexiya 1 0 0 1 1-2 0
4.CAR 1 0 0 1 0-2 0
B qrupu
23:00. İsveçrə - Bosniya və Herseqovina
Baş hakim: Joau Pineyru (Portuqaliya)
Los-Anceles stadionu
02:00. Kanada - Qətər
Baş hakim: Kristian Qaray (Çili)
Vankuver, "BC Place" stadionu
1.İsveçrə 1 0 1 0 1-1 1
2.Kanada 1 0 1 0 1-1 1
3.Qətər 1 0 1 0 1-1 1
4.Bosniya və Herseqovina 1 0 1 0 1-1 1


