Olimpiya çempionumuz dünya çempionatında da medal qazandı

Olimpiya çempionumuz dünya çempionatında da medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, bu gün Azərbaycanın daha bir təmsilçisi medal qazanıb.

100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev bürünc medal əldə edib. Olimpiya, dünya və Avropa çempionu təsəlliverici qarşılaşmada İspaniya təmsilçisi Nikoloz Şerazadişviliyə, üçüncülük görüşündə isə cənubi koreyalı Kim Seheonu ipponla qalib gəlib.

Qeyd edək ki, bu, millimizin DÇ-də üçüncü mükafatı olub. Daha əvvəl Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) də fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qeyd edək ki, Azərbaycan mundiala 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) ilə yollanıb.

Daha əvvəl yarışan 9 idmançımız - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, 52 kq, Fidan Əlizadə, 57 kq, Əhməd Yusifov, 60 kq, Ruslan Paşayev, 66 kq, Hidayət Heydərov və Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Vüqar Talıbov (90 kq) ümidləri doğrultmayıb.