Əliyar Ağayev İtaliya millisinin üzvünü meydandan qovdu - VİDEO

Əliyar Ağayev İtaliya millisinin üzvünü meydandan qovdu - VİDEO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Konfrans Liqasının pley-offunun "Polessye" - "Fiorentina" (0:3) matçını idarə edib.

"Mediasport" xəbər verir ki, o, oyunun 44-cü dəqiqəsində "Fiorentina"nın futbolçusu, İtaliya millisinin üzvü Moyze Kini qırmızı vərəqə ilə cəzalandırıb.

Həmin epizodda "Polessye"nin müdafiəçisi Kinin saçlarını dartıb və "Fiorentina"nın futbolçusu rəqibə dirsəklə zərbə endirib.

Əliyar Ağayevin qırmızı vərəqə qərarı İtaliya klubunun baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub. 

Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.