Federasiya Okan Burukla Joze Mourinyonun cəzalarını açıqladı

Federasiya Okan Burukla Joze Mourinyonun cəzalarını açıqladı

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi Superliqada ötən tur baş tutan "Qalatasaray" - "Fənərbağça" (0:0) matçından sonra yaşanan neqativ hallara hüquqi qiymət verib.

"Mediasport" xəbər verir ki, federasiya meydan sahiblərinin baş məşqçisi Okan Buruku 1, Joze Mourinyonu isə 4 oyunluq cəzalandırıb.

Okan Buruk qarşılaşmadan sonra keçirilən mətbuat konfransında qeyri-etik ifadə işlətdiyi üçün cəza alıb.

Mourinyo isə görüş başa çatdıqdan sonra hakimlərin paltardəyişmə otağına gələrək təhqiramiz ifadələr işlədib.

Həmçinin, "Fənərbağça" qarşıdakı iki səfər oyununu azarkeşsiz keçirəcək.