"Sabah" Çempionlar Liqası oyunları üçün yeni legioner sifariş etdi

"Sabah" Çempionlar Liqası oyunları üçün yeni legioner sifariş etdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsində debüt edəcək “Sabah”ın sifariş ərizəsində dəyişiklik olub.

"Mediasport" xəbər verir ki, baş məşqçi Valdas Dambrauskas heyətə yeni transfer Du Keyrosu daxil edib.

Həmçinin zədəsini sağaldaraq düşərgəyə qoşulan Xəyal Əliyev də siyahiya salınıb.

"Bayquşlat" ümumilikdə 27 oyunçu sifariş ediblər.

Qapıçılar: Amin Ramazanov, Rauf Eyyubov, Stas Pokatilov, Rəvan Mirzəməmmədov;

Müdafiəçilər: Stiv Solve, Eyden Makkarti, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Timoteuş Puxaç, Junior Almeyda, Akim Zedadka;

Yarımmüdafiəçilər: Abdulla Xaybulayev, Umarali Rahmonaliyev, Aleksey İsayev, İvan Lepiniça, Rauf Rüstəmli, Du Keyros, Rodriqo Fernandeş, Cəfər Muxtarov, Şahin İbrahimov;

Hücumçular: Kristian Nvaçukvu, Xəyal Əliyev, Kahim Parris, Coy-Lens Mikels, Velko Simiç, Ksander Severina, Orfe Mbina.

Xatırladaq ki, Azərbaycan çempionunun ilk sınağı sentyabrın 10-da İngiltərədə "Mançester Yunayted"ə qarşı olacaq.

Komandamız Liqa mərhələsində "Arsenal", "Slaviya” (Praqa), "Vikinq" (Norveç), "Barselona", "Vilyarreal" (İspaniya), "Borussiya” (Dortmund) və "Napoli" (İtaliya) ilə də qarşılaşacaq.