Fransada 3 medal qazandıq
Azərbaycanın savat üzrə idmançıları Fransanın Bulon-sür-Mer şəhərində keçirilən dünya çempionatında 3 medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Mediasport"a verilən məlumata görə, təmsilçilərimi bürünc mükafat əldə ediblər.
Fəxri kürsüyə Ələkbər Xanməmmədov (56 kq), Yasin İbrahimov (60 kq) və Nihat Quliyev (65 kq) yüksəliblər.

