"Qarabağ"dan ayrılan Abdullah Zubir ŞOKda - Klubsuz qaldı!
“Qarabağ”la yollarını ayıran Abdullah Zubir xoşagəlməz olayla üzləşib.
"Mediasport" xəbər verir ki, mərakeşli vinger Səudiyyə Ərəbistanının “Əl Uruba” klubu ilə anlaşsa da, Peşəkar Futbol Liqası tərəfindən qeydiyyata alınmayıb.
34 yaşlı futbolçunun komandadan kənar qalmasına səbəb klubun maliyyə təminatının Liqanın tələbləri səviyyəsinə cavab verməməsi olub.
Beləcə, son 8 ili Ağdam klubunda keçirmiş yarımmüdafiəçi klubsuz qalıb.
O, hazırda azad agent statusundadır.

