Federasiya prezidenti seçildi

 Federasiya prezidenti seçildi

Azərbaycanda Motosiklet İdman Federasiyasına yeni prezident seçilib.

"Mediasport" xəbər verir ki, qurumun yeni rəhbəri Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən İctimai Birliyin ümumi yığıncağında müəyyənləşib.

Federasiya prezidenti Kür Səfərəliyev təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov federasiyanın prezidenti, Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.