Tedesko və daha iki rəhbər yola salındı - "Fənərbaxça"da istefalar

Tedesko və daha iki rəhbər yola salındı - "Fənərbaxça"da istefalar

Türkiyənin “Fənərbaxça” klubu baş məşqçi Domeniko Tedesko ilə vidalaşıb.

"Mediasport" xəbər verir ki, belçikalı mütəxəssislə bərabər idman direktoru Devin Özek və futbol koordinatoru Berke Çelebi də İstanbul təmsilçisini tərk ediblər.

Komandanı müvəqqəti olaraq Zeki Murat Göləni çalışdıracaq.

"Sarı bülbüllər" hazırda Super Liqada 67 xalla ikinci pillədə qərarlaşıblar və sona 3 tur qalmış lider "Qalatasaray"dan 7 xal geri qalırlar.