Dünya Korporativ Oyunlarının qalibi olan komandanı nazir qəbul etdi

 Dünya Korporativ Oyunlarının qalibi olan komandanı nazir qəbul etdi

Ədliyyə naziri Nazir Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarının qalibi olmuş Ədliyyə Nazirliyinin komandası ilə görüşüb.

"Mediasport" xəbər verir ki, nazir komandanın üzvlərini əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək onların qələbəsinin ölkəmizin və nazirliyin idman uğurlarına layiqli töhfə olduğunu bildirib.

O, nazirlik əməkdaşlarının həm peşə fəaliyyətində, həm də idman sahəsində uğurlar qazanmasının sevindirici hal olduğunu vurğulayıb.

Sonda yarışda qalib gələn Ədliyyə Nazirliyinin komandası üzvləri təşəkkürnamə ilə təltif olunublar.