Fərid Qayıbov Fələstinin Azərbaycandakı səfiri ilə görüşdü

Gənclər və idman naziri Fərid Qayıbov Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasser Abdul Kərimi ilə görüşüb.
"Mediasport" xəbər verir ki, görüşdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin əhəmiyyəti, gənclər və idman sahəsində gələcək əlaqələrin perspektivləri müzakirə olunub.
Görüşdə Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova da iştirak edib.