Ramiz Həsənovdan bürünc medal
Azərbaycanın sərbəst güləşçisi Ramiz Həsənov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxış edib.
Bu barədə "Mediasport"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
İdmnaçımız 14 ölkənin təmsil olunduğu "Vladimir Semyonov Kuboku"nda bürünc medal qazanıb.
O, fəxri kürsüyə 79 kq çəki dərəcəsində qalxıb.
