Azərbaycanın daha iki güləşçisi finala yüksəldi - Dünya çempionatı
Bakıda güləş üzrə U-17 dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, bu gün mübarizəyə qoşulan Azərbaycan 5 yunan-Roma güləşçisindən artıq ikisi finala vəsiqəni rəsmiləşdirib.
45 kq çəki dərəcəsində Əli Cavadlı və 51 kq çəkidə yarışan Abdulrəhman Hüseynli qızıl medal görüşünə yüksəlib.
Təmsilçilərimiz final görüşlərini sabah keçirəcəklər.
Xatırladaq ki, dünən İsfahan Həsənov (80 kq) həlledici duelə vəsiqə qazanıb.


