Daha bir atletimiz “Uzbekistan Open” turnirində medal qazandı

Azərbaycanın daha bir yeniyetmə atleti ağırlıqqaldırma üzrə “Uzbekistan Open” turnirində medal qazanıb.
"Mediasport" xəbər verir ki, İsa Əliyev Çirçiq şəhərində keçirilən yarışda ikinci yeri tutub.
73 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.
Qeyd edək ki, daha əvvəl 61 kq-da Kamran Xappayev toplamda 226 kq nəticə ilə qızıl mükafat əldə edib.