Premyer Liqada bombardir olmuş hücumçu "Mingəçevir"ə keçdi
1-ci liqada ikinci dövrəyə hazırlaşan "Mingəçevir" daha bir futbolçunu heyətinə qatıb.
"Mediasport" xəbər verir ki, əyalət klubu Nurlan Novruzovla güclənib.
Təcrübəli hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Xatırladaq ki, vaxtilə Azərbaycan Premyer Liqasında "Bakı"nın heyətində bombardir olmuş forvard bunadək 2-ci liqada "Şəki Siti"də forma geyinib.
