Konfrans Liqası: "Turan Tovuz"un potensial rəqibləri hansı klublardır?

Konfrans Liqası: "Turan Tovuz"un potensial rəqibləri hansı klublardır?

32 illik fasilədən sonra avrokuboklara vəsiqə qazanan "Turan Tovuz"un UEFA Konfrans Liqasında potensial rəqiblərindən bəziləri məlum olub.

"Mediasport" xəbər verir ki, təmsilçimiz mübarizəyə 2-ci təsnifat mərhələsindən başlayacaq.

Səpələnməmişlər səbətində yer alacaq Qərb təmsilçisinin potensial rəqibləri:

"Panatinaikos" (Yunanıstan), "AEK Larnaka" (Kipr), "Helsinki" (Finlandiya), "Brann" (Norveç), "Spartak Trnava" (Sloveniya), "Vaduts" (Lixtenşteyn), "Tobol" (Qazaxıstan), "Torşavn" (İslandiya), "Panevejis" (Litva).

Xatırladaq ki, tovuzlular avrokuboklarda ilk matçını iyulda keçirəcək.