Kurban Berdıyev hədəfi açıqladı: "Kuboku qazanmağa çalışacağıq"
"Kuboku qazanmağa çalışacağıq. Hər komanda bunun üçün çalışır. Növbəti mərhələyə vəsiqə qazandığımız üçün çox sevinirik".
"Mediasport" xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev deyib.
Mütəxəssis Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin "Dinamo" ilə oyunu haqda danışıb, Bakı klubu üzərində 5:0 hesablı qələbəni şərh edib:
"Bu gün gənclərə oynamaq şansı verdik. Eyni zamanda yeni transferlərdən İbrahima Vaci də məşqlərdə özünü yaxşı göstərir, performansını artırır".
Xatırladaq ki, görüşdə Tovuz klubunun yetirmələri - Vüqar Bağırov və İsmayıl İsmayılov əsas komandada debüt ediblər.
