"Meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram" - ELVİN
“Bu cür oyunlarda temp yüksək olur. Rəqibin gücü bəllidir. Xarakterimdə çılğınlıq, aqressivlik olsa da, meydana “qırmızı” almağa yox, futbol oynamağa çıxıram. Sabah çox böyük komandaya qarş oynayacağıq. Bunun fərqindəyik. Çox inamlı, mübariz və səbirli olmalıyıq".
"Mediasport" xəbər verir ki, bu sözləri "Qarabağ"In futbolçusu Elvin Cəfərquliyev deyib.
Müdafiəçi sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində Bakıda “Çelsi”yə (İngiltərə) qarşı keçirəcəkləri görüşdən öncə təşkil olunmuş mətbuat konfransında fikirlərini bölüşüb.
"Bilirik ki, bu oyunun mahiyyəti böyükdür. Bütün Azərbaycanın gözü bizdə olacaq. Komanda olaraq çox rahat oynamalıyıq. Rəqibi təhlil etmişik, mənfi və müsbət tərəflərini bilirik. Fərqli sistemdə oynayırlar. Ani səhv hər şeyi həll edə bilər. Rəqibin güclü futbolçuları var. Oyuna hazırıq".
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
