Azərbaycanlı basketbol hakimi AÇ-nin 1/4 final oyununa təyinat aldı

Gürcüstanda 16 yaşadək oğlanlar arasında Avropa çempionatının A divizionunda 1/4 final mərhələsinə start verilir.
"Mediasport" xəbər verir ki, beynəlxalq dərəcəli azərbaycanlı hakim Ələkbər Həsənov Sloveniya - Latviya matçında baş hakim vəzifəsini icra edəcək.
Görüş Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.