"Qarabağın" rəqibindən fanatlara: "Bakıya getməyə hazırsınız?"

"Qarabağın" rəqibindən fanatlara: "Bakıya getməyə hazırsınız?"

"Qarabağ"ın UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Vestri" azarkeşlərinə müraciət ünvanlayıb.

"Mediasport" xəbər verir ki, İslandiya təmsilçisi sosial şəbəkə hesabında komandanın Ağdam klubu ilə oyunu haqqında paylaşım edərək bunları yazıb:

"Bakıya getməyə hazırsınız?

"Vestri" klubu Azərbaycandakı avrokubok oyunu üçün ən yaxşı səfər variantlarını araşdırır.

Əgər Bakıya futbol səfərinə marağınız varsa, bunu bizə bildirin. Uçuş xərclərinin təxminən 200-250 min İslandiya kronu (2800 - 3500 manat) olacağı gözlənilir.

Şərhlərdə fikrinizi yazın. Sonra bunun mümkün olub-olmadığını birlikdə qiymətləndirərik".

"Atlılar"ın "Vestri" ilə ilk matçı iyulun 9-da Bakıda, cavab görüşü isə iyulun 16-da İslandiyada baş tutacaq.