"Sabah" daha bir futbolçusu ilə müqaviləyə xitam verdi - RƏSMİ

 "Sabah" daha bir futbolçusu ilə müqaviləyə xitam verdi - RƏSMİ

"Sabah" futbolçusu Neqoş Kupusoviçlə yolları ayırıb.

"Mediasport" xəbər verir ki, serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

N.Kupusoviç 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı.

O, "bayquşlar"ın heyətində 29 oyun keçirib, 3 qol vurub.