Milli komandamız Macarıstanda təlim-məşq toplanışını başa vurdu

Azərbaycanın cüdo üzrə milli komandası Macarıstanda təlim-məşq toplanışını başa vurub.
"Mediasport" xəbər verir ki, yığmamız Avropa Cüdo İttifaqının (EJU) Tata şəhərindəki Olimpiya bazasında bir həftə məşq edib.
Hazırlıq aprelin 23-də Montenqronun paytaxtı Podqoritsada start götürəcək Avropa çempionatına hazırlıq məqsədi daşıyıb.