Hidayət Heydərovdan növbəti intizamsızlıq - Yarışa buraxılmadı

Hidayət Heydərovdan növbəti intizamsızlıq - Yarışa buraxılmadı

Azərbaycan cüdoçusu Hidayət Heydərov növbəti dəfə intizamsız hərəkəti ilə diqqət mərkəzinə düşüb.

"Mediasport" xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan Olimpiya çempionu çəkisini aşağı sala bilməyib.

Dünya və Avropa çempionu buna görə Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinə buraxılmayıb.

Xatırladaq ki, 28 yaşlı cüdoçu bu ilin fevralında Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş "Böyük Dəbilqə" yarışından da analoji səbəbdən kənarlaşdırılmışdı.

Turnirdə bu gün tatami üzərinə çıxan Azərbaycan millisinin üzvlərindən Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq), Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) 1/16 finalda uduzaraq mübarəzni erkən başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə cüdoçularımızdan Balabəy Ağayev (60 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.