FOTOLAR: Yığma komanda Avropa çempionatına Şamaxıda hazırlaşır

FOTOLAR: Yığma komanda Avropa çempionatına Şamaxıda hazırlaşır

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Şamaxıda cüdo üzrə Avropa çempionatına hazırlığını davam etdirir.

"Mediasport" xəbər verir ki, təlim-məşq toplanışına yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və məşqçi Nicat Şıxəlizadə rəhbərlik ediblər.

Gündə iki dəfə məşq edən cüdoçular fiziki hazırlıqla yanaşı, texniki və taktiki bacarıqların təkmilləşdirilməsi istiqamətində də intensiv çalışmalar aparıblar.

Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı 29 iyun - 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.