"Bu cür yüksək səviyyəli təşkilatçılıq hər yerdə olmur"

"Bu cür yüksək səviyyəli təşkilatçılıq hər yerdə olmur"

"Təşkilatçılıq yüksək səviyyədədir. Mən bir çox yarışlarda iştirak etmişəm. Lakin bu cür yüksəksəviyyəli təşkilatçılığa hər yerdə rast gəlinmir".

"Mediasport" xəbər verir ki, bu sözləri Avropa Cüdo Birliyinin (EJU) idman komissarı Rüstəm Orucov deyib.

Olimpiya mükafatçısı Bakıda start götürən Avropa Cüdo Ümidləri Turniri haqqında danışıb, təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib.

Avropa çempionu yarışın yeniyetmə cüdoçuların inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

“Biz burada Avropa Cüdo Birliyinin təmsilçiləri kimi iştirak edirik. Bu turnirin keçirilməsi gənc idmançıların təcrübə toplamasına, onların gələcək yarışlara daha yaxşı hazırlaşmasına xidmət edir. Öz idmançılarımızdan qızıl medal gözləyirəm”.

Qeyd edək ki, Avropa Cüdo Birliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.