Millimizin sabiq futbolçuları məşqçilik diplomu aldı - FOTOLAR

Millimizin sabiq futbolçuları məşqçilik diplomu aldı - FOTOLAR

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

"Mediasport" xəbər verir ki, diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

Qeyd edək ki, 2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Kursa qatılanlar arasında Azərbaycan milli komandasının sabiq futbolçuları - Rail Məlikov, Rauf Əliyev, Maksim Medvedev, Rasim Ramaldanov və Ruslan Əmircanov da yer alıb.