"Qarabağ" Koxalski ilə rəsmən vidalaşdı - Yeni klubu açıqlandı

"Qarabağ" Koxalski ilə rəsmən vidalaşdı - Yeni klubu açıqlandı

“Qarabağ” Mateuş Koxalski ilə rəsmən vidalaşıb.

Bu barədə Ağdam klubundan "Mediasport"a məlumat verilib.

Bildirilib ki, qolkiperin transferi ilə bağlı Polşanın “Vyeçista” klubunun təklifi və futbolçunun istəyi nəzərə alaraq müsbət cavablandırıb.

Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.

2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib.

O, komanda ilə Azərbaycan çempionu olub (2024/25), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “Top-3”də qərarlaşıb.

"Qarabağ" futbolçuya klubda çıxış etdiyi müddətdə nümayiş etdirdiyi peşəkarlığa, komandanın uğurlarına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.