"Qarabağ"ın qapıçısı Polşada - Yeni klubunun matçını stadiondan izlədi
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski POlşaya qayıdıb.
"Mediasport" xəbər verir ki, ölkəsinin “Vyeçista” klubu ilə anlaşan qolkiper yeni komandasının "Zaqlebye" ilə görüşünü stadiondan izləyib.
Xatırladaq ki, Ağdam təmsilçisi hələlik polşalı ilə yollarını ayırdığını açıqlamayıb.
Krakov klubu transferə görə ağdamlılara 500 min avro civarında təzminat ödəyəcək.
Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayınadək qüvvədə idi.
O, "atlılar"ın heyətində 2024-cü ilin yayından bu yana 76 qarşılaşmada iştirak edib.

