"Qarabağ" Xorvatiya klubunun üzvünü əvəzedici heyətə göndərdi

"Qarabağ" Xorvatiya klubunun üzvünü əvəzedici heyətə göndərdi

"Qarabağ"ın futbolçusu Sami Mmaenin əvəzedici komandaya göndərilməsinin səbəbi açıqlanıb.

"Mediasport"un məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.

Mütəxəssis bildirib ki, belçikalı müdafiəçi daxili nizam-intizam qaydalarını pozduğu üçün cəzalandırılıb.

Qeyd edək ki, belçikalı müdafiəçi yayda Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan 1 illik icarəyə götürülüb.