"Neftçi"dən ayrılan Yuri Matias BƏƏ klubu ilə 1 illik müqavilə bağladı

"Neftçi"dən ayrılan Yuri Matias BƏƏ klubu ilə 1 illik müqavilə bağladı

“Neftçi”dən ayrılan Yuri Matiasın yeni klubu məlum olub.

"Mediasport" xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını BƏƏ-də davam etdirəcək.

30 yaşlı "sambaçı" "Ayman" klubu ilə bir illik müqavilə bağlayıb.

Xatırladaq ki, Matias iki mövsüm keçirdiyi "Neftçi"də 71 oyuna 10 qol vurub, 3 məhsuldar ötürmə yadda qalıb.