"Qarabağ"ın ÇSKA ilə oyununu "YouTube"dan da izləyə bilərsiniz

"Qarabağ"ın ÇSKA ilə oyununu "YouTube"dan da izləyə bilərsiniz

Bu gün UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - ÇSKA Sofiya (Bolqarıstan) oyunu daha bir platformada canlı yayımlanacaq.

"Mediasport" xəbər verir ki, görüş "CBC Sport" kanalı ilə yanaşı, rəqəmsal platformalar arasında yalnız Ağdam klubunun rəsmi "YouTube"  kanalı vasitəsilə də canlı təqdim ediləcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycanda turnirin rəsmi yayım hüququ "CBC Sport" kanalına məxsusdur.