"Neftçi"nin "Dinamo" ilə KL matçını yayımlayacaq kanal məlum oldu

"Neftçi"nin "Dinamo" ilə KL matçını yayımlayacaq kanal məlum oldu

İyulun 30-da UEFA Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo" (Belarus) - "Neftçi" matçını Azərbaycanda canlı yayımlayacaq telekanal müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Bolqarıstanda baş tutacaq qarşılaşmanı ölkəmizdə İTV təqdim edəcək.

Görüş Bakı vaxtilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda reallaşan ilk dueldə rəqib qələbə qazanıb (4:2).