Ayxan Abbasov: "Futbolçulardan razı qaldım, üstünlük bizdə idi"

Ayxan Abbasov: "Futbolçulardan razı qaldım, üstünlük bizdə idi"

"Mübarizəli, maraqlı oyun oldu. Rəqib bura qələbə üçün gəlmişdi. Ötən tur acı məğlubiyyət yaşadıq".

"Mediasport" xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Azərbaycan Premyer Liqasının 20-ci turunun "Turan Tovuz"la görüşü haqda fikirlərini bölüşüb, 0:0 hesablı heç-heçəni şərh edib:

"17-ci turda "Qəbələ"yə məğlub olduqdan sonra komanda yaxşı performans göstərir. Ard-arda "Qarabağ"la iki dəfə oynadıq. Heyətdə çox da dəyişiklik edə bilmirik.

Futbolçularımdan razı qaldım. Oyuna köklənmələri yüksək səviyyədə idi. Birinci hissədə daha yaxşı oynadıq.

Üstünlük bizdə idi. Kərim Rossi ilə Abdulla Rzayev düzgün qərar versəydilər, hesabı aça bilərdik.

Komandam rəqibin standart vəziyyətlərində yaxşı oynadı. Bizim üçün hər xal önəmlidir. Qarşıdakı oyunlara hazırlaşacağıq".