"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi, "Qarabağ" "Şamaxı"ya məğlub oldu

"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi, "Qarabağ" "Şamaxı"ya məğlub oldu

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk matçları keçirilib.

"Mediasport" xəbər verir ki, ikinci oyun günündə də iki görüş baş tutub.

Hər iki dueldə sevinən tərəf ev sahibləri olublar.

Xatırladaq ki, dünən reallaşan oyunlarda qapılara top vurulmayıb.

Cavab qarşılaşmalarının hamısı martın 3-də reallaşacaq.


Azərbaycan Kuboku. 1/4 final. İlk oyunlar


4 fevral

"Sumqayıt" - "Zirə" 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.

VAR: Kamal Umudlu.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Kifayət Mustafayeva.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


"Sabah" - "Qəbələ" 0:0

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Bank Respublika Arena"


5 fevral

"Şamaxı" - "Qarabağ" 2:1

Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.

VAR: Rauf Cabarov.

AVAR: Emin Əliyev.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Şamaxı şəhər stadionu


"Turan Tovuz" - "Kəpəz" 1:0

Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

"Azərsun Arena"