150-ci sertifikat proqramının açılış mərasimi keçirildi - FOTOLAR
Bakıda Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının cüdo məşqçiliyi üzrə 150-ci sertifikat proqramının rəsmi açılış mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, mərasimdə çıxış edən rəsmilər cüdoda təhsilin və peşəkar məşqçi hazırlığının əhəmiyyətindən danışıblar.
BCF Akademiyasının tədris proqramlarının mütəxəssislərin peşəkar inkişafına, qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinə və ölkədə cüdonun inkişafına töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, bu cür proqramların davamlı təşkili Azərbaycan cüdosunun inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan müasir yanaşmalara yiyələnmiş yeni nəsil məşqçilərin hazırlanmasına xidmət edir.






