Rəşid Məmmədəliyevdən dünya çempionatında bürünc medal!
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Mediasport" xəbər verirnki, idmançımız 3-cü yer uğrunda görüşdə braziliyalı Daniel Karnini məğlub edib.
Bu, komandamızın mundialda ikinci medalı olub.
Yarışın ilk günündə Əhməd Yusifov (60 kq) dünya çempionu tituluna yiyələnub.

