Ölkə çempionatlarının matçları hava şəraitinə görə təxirə salındı

 Ölkə çempionatlarının matçları hava şəraitinə görə təxirə salındı

AFFA-nın bayrağı altında təşkil edilən daha yeddi liqada oyunlar təxirə salınıb.

"Mediasport" xəbər verir ki, buna son günlər ölkə ərazisində davam edən yağıntılı hava səbəb olub.

U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi planlaşdırılan oyunları qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətədək dayandırılıb.

Xatırladaq ki, federasiya daha əvvəl U-15, U-16, U-17 və Gənclər Liqasının matçlarının təxirə salındığını açıqlamışdı.