Yığmamızın kapitanı beşinci dəfə Macarıstan Kubokunu qazandı

Yığmamızın kapitanı beşinci dəfə Macarıstan Kubokunu qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Ayşən Abduləzimova Macarıstanda növbəti titulunu qazanıb.

"Mediasport" xəbər verir ki, hücumçu formasını geyindiyi "Vaşaş"la 5-ci dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Abduləzimovanın komandası final qarşılaşmasında KNRC-yə 3:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, 2021-ci ildən "Vaşaş"da çıxış edən 31 yaşlı voleybolçu Budapeşt təmsilçisi ilə dəfələrlə Macarıstan çempionatının da qalibi olub.