Pley-off mərhələsini uğurla keçdilər, 1000 manat qazandılar

Azərbaycan 1-ci Liqası klubu "Difai" futbolçularına mükafat verilib.
"Mediasport" xəbər verir ki, rəhbərlik pley-off mərhələsində "Hypers Guba"nı üstələyən "fədailər"i sevindirib.
Çempionatda yerini qoruyan komanda üzvlərinin hər birinə 1000 manat ənam paylanıb.
Qeyd edək ki, Ağsu təmsilçisi qubalılara 3:1 hesabı ilə qalib gələrək yenidən 1-ci Liqada mübarizə aparmaq imkanı qazanıb.